Xəzər Xəbər

“The Jerusalem Post”: ASAN - Azərbaycanın dövlət xidmətlərinin “Disney dünyası”

Gündəm | 11:43 • 24 Oktyabr 2017
“The Jerusalem Post”: ASAN - Azərbaycanın dövlət xidmətlərinin “Disney dünyası”

Amerikalı jurnalist Nurit Qrinqerin "The Jerusalem Post” nəşrində "ASAN - Azərbaycanın dövlət xidmətlərinin "Disney dünyası”” adlı məqaləsi dərc olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən xezerxeber.az-a bildiriblər ki, Nurit Qrinqer ölkəmizə səfəri zamanı "ASAN xidmət” mərkəzində olub və məqaləsində Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan "ASAN xidmət” mərkəzlərinin bürokratiyaya qarşı mübarizədə nadir yanaşma olduğunu qeyd edib.

Məqalədə mərkəzlərin vətəndaş və dövlət qulluqçusu arasında körpü rolu oynadığı, korrupsiya hallarının qarşısının alındığı, şəffaflığın maksimum səviyyədə təmin olunduğu vurğulanıb. Hazırda mərkəzlərdə vətəndaşlara dövlət orqanları tərəfindən göstərilən xidmətlərlə yanaşı, özəl şirkət və müəssisələr tərəfindən 250-ə yaxın xidmətin təqdim olunduğu bildirilib. Həmçinin mərkəzlərin olmadığı regionlarda 10 avtobus və qatar vasitəsilə vətəndaşlara səyyar xidmətlərin göstərildiyi diqqətə çatdırılıb.

Müəllif "ASAN xidmət” modeli və onun uğurlarına da toxunub, 2015-ci ildə BMT-nin "Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında ən yüksək - 1-ci yerə layiq görüldüyünü xüsusi qeyd edib.

Eyni zamanda, məqalədə "ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzlərinin fəaliyyətindən də bəhs olunub.

Xəbər lenti