Azərbaycanda elmi işçilər mütəmadi olaraq attestasiyadan keçəcəklər.
Bununla bağlı Əmək Məcəlləsinin 65-ci (İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri) maddəsinə əlavələr təklif olunur.Layihəyə əsasən, elmi işçilər 5 (beş) ildə bir dəfədən çox olmayaraq, attestasiyadan keçməlidir.
Layihə Milli Məclisin oktyabrın 31-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.