ATƏT-in fəaliyyətdə olan
sədrliyi Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT Minsk qrupunun
həmsədrlərinin təşəbbüsü ilə Cenevrədə keçirilən görüşü ilə bağlı
bəyanat yayıb.
Bəyanatda bildirilib ki, ATƏT-də
sədrliyi həyata keçirən Avstriya tərəfi prezidentlərin görüşünü
diqqətlə izləyib və hər iki ölkə prezidentinin yeni səylərini
alqışlayır.
"Biz yeni impulsları və prezidentlərin danışıqlar
prosesini intensivləşdirmək üçün tədbirlər görməsini və təmas xəttində
gərginliyin azaldılması üçün əlavə addımlar axtarmasını görməkdən
məmnunuq” - qeyd olunub.
Bəyanatda, həmçinin vurğulanıb ki, sədrlik bu yeni səylərin Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə həlli üçün konkret addımlarda öz əksini
tapacağına ümid bəsləyir: "Cəhdlərin mərkəzində sülh planlaşdırılması
durmalıdır. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik tərəfindən təmsil olunan ATƏT
sədrliyi münaqişə tərəflərinin sülhə nail olması üçün göstərdiyi
səylərini bundan sonra da dəstəkləməkdə davam etməyə hazırdır”.