Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.
XəzərXəbər xəbər verir ki, komitə sədri Əli Hüseynli gündəlikdəki məsələlər barədə məlumat verib.
İclasda "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında
dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya Qanununun
layihəsi barədə müzakirələr aparılıb.
Həmçinin deputatlar Mülki Prosessual, İnzibati Prosessual məcəllələrdə
dəyişikliklər edilməsi haqqında”, "Vəkillər və vəkillik fəaliyyəti
haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinə
baxıblar. Qeyd edilib ki, təklif edilən dəyişikliklər texniki xarakter
daşıyır.
Deputatlar qanun layihələri barədə fikir və təkliflərini səsləndiriblər. Müzakirələrdən sonra bütün məsələlər Milli Məclisin plenar iclasına tövsiyə edilib.