Azərbaycanda hamilə və 2 yaşadək uşağı olan qadınların ödənişsiz əsaslarla təhsil alması təklif olunub.
XəzərXəbər xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında çıxışı zamanı deputat Musa Quliyev təklif edib.
Deputat dünyanın bir çox ölkələrində belə qadınların pulsuz təhsil aldığını xatırladıb:
"Həmin qadınlar ödənişli əsaslarla universitetə qəbul olsalar da, onlara
ödənişsiz əsaslarla oxumaq üçün imkan yaradılır. Hesab edirəm ki, qadın
tələbənin təhsil haqqı üçün gedib pul axtarması onun həm özünə, həm də
bətnindəki körpəyə psixoloji təsir göstərir. Bu, həm də prezidentin
demoqrafik siyasətinə böyük dəstək olar. Hesab edirəm ki, 2 yaşadək
uşağı olan, onlara süd verən analara bu güzəşt verilə bilər. Bunun bir
statistikası aparıla bilər və müəyyənləşdirilər ki, onların sayı az, ya
çoxdur”./azvision.az