"Ölkədə idmanının inkişafı üçün legionerlər gəlməlidir. Onlarla idmanı inkişaf etdirmək lazımdır"
Bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
O bildirib ki, ölkədə
idmanın populyarlaşdırılması lazımdır: "Ramil Quliyevdən sonra hər kəs
atlet olmaq istəyəcək. Deyirlər ki, Nicat Rəhimov Qazaxıstana
getdi. Onun ailə problemi var idi və getdi. Orada inkişaf elədi,
olimpiya çempionu oldu. Amma azərbaycanlılığını itirmədi. Biz onlarla
fəxr etməliyik. Gedən adam mütləq deməlidir ki, mənim orada şəraitim
olmayıb. Necə ola bilir ki, başqaları üçün şərait var, onun üçün yoxdur.
Gedən adam özünü əsaslandırnalıdır və bunu deyir. Nicat məsələsi şəxsi
idi. Ramil Quliyev gəlib bizə dedi ki, Bakıda
şərait yoxdur. Biz Ramil Quliyevi "Fənərbaxça"ya göndərdik və icazə
verdik. "Fənərbaxça"dan nə "Neftçi", nə Federasiya pul aldı. Təklif
etdilər, istəmədik. Biz bilirdik ki, sonra nəsə ola bilər. Orada olarkən
biz Ramili dəvət edirdik ki, gəl Azərbaycan
çempionatında iştirak et, gəlirdi. Lakin sonra xəbərimiz oldu ki,
Türkiyə vətəndaşlığını qəbul edib. Bir il idi ki, vətəndaşlığı qəbul
etmişdi, amma bundan xəbərimiz yox idi. Federasiya Ramili heç yerə
buraxmayıb. Beynəlxalq Atletika Federasiyasının qərarına əsasən idmançı
hər hansı ölkədən transfer olsa, o, 3 il yarışlarda iştirak edə bilməz.
Amma bu, Ramil Quliyevə 2 il tətbiq edildi. Bu da vətəbdaşlığı qəbul
etməsi ilə bağlı idi".
Ç.Hüseynzadə bildirib ki, Ramil Quluyev yenidən Azərbaycan millisinə qayıda bilməz, çünki Türkiyə onu buraxmaz.
"Azərbaycan Ramilin qayıtmasını istəyər, lakin o, Türkiyə vətəndaşıdır.
Ramil Türkiyədən əvvəl Rusiyaya getmək istəyirdi. Rusiya Atletika
Federasiyası əlaqələrimizi pozmamaq üçün bu barədə bizə məlumat verdi və
Ramili qəbul etmədi. Amma Türkiyə Atletika Federasiyası bizə məlumat
vermədi və qərəzli yanaşdı".
Vitse-prezident qeyd edib ki, Ramili qaytarmaq üçün Türkiyə Atletika
Federasiyasına müraciət edilməlidir: "Türkiyə onu buraxmayacaq. Ramil
gəlmək istəyirsə, özü bizə müraciət etsin"