Xəzər Xəbər

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Dünya | 13:25 • 29 Mart 2024
ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

ABŞ administrasiyası Merilend ştatının Baltimor şəhərində dağılmış Frensis Skott körpüsünün təmiri ilə bağlı ilkin xərclər üçün 60 milyon dollar ayırıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə ABŞ Nəqliyyat Departamentinin yaydığı məlumatda deyilir.

Məlumata görə, vəsait körpünün layihələndirilməsi və yenidən qurulmasına sərf olunacaq. Gələcəkdə zərurət yaranarsa, vəsait artırılacaq.

Qeyd edək ki, martın 26-da Baltimorda Sinqapur bayrağı altında üzən gəmi Frensis Skott körpüsünə çırpılıb. Körpünün çökməsi nəticəsində bir neçə avtomobil suya düşüb. Nəticədə 6 nəfər faciəvi şəkildə ölüb, 7 nəfər ağır yaralanıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti