Xəzər Xəbər

Son on ildə dünyada 63 mindən çox miqrant həyatını itirib

Dünya | 13:25 • 27 Mart 2024
Son on ildə dünyada 63 mindən çox miqrant həyatını itirib

BMT-nin Miqrasiya Agentliyi son on il ərzində 63 mindən çox miqrant ölümünü qeydiyyata alıb. Əvvəlki illərlə müqayisədə ən çox ölüm halı 2023-cü ildə baş verib.

Xezerxeber.az BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, 28 min 854 miqrant Aralıq dənizində həlak olub. Onların əsas hissəsi Əfqanıstan, Myanma, Suriya və Efiopiya vətəndaşlarıdır. Ölüm hallarının təxminən 60 faizi suda boğulma ilə bağlıdır.

“Miqrant ölümlərinin sənədləşdirilməsinin onilliyi” adlı hesabatda axtarış və xilasetmə imkanlarının gücləndirilməsinin və daha təhlükəsiz miqrasiya marşrutlarının olmasının vacibliyi bildirilib.

Hesabatda, həmçinin itkin düşənlərin ölənlər siyahısına daxil edildiyi və onların da sayının artdığı vurğulanır. Məlumata görə, siyahıda yer alanların üçdə ikisindən çoxu itkin düşənlərdir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar