Xəzər Xəbər

Putin prezident seçkilərində qalib gəlib 87,34%

Dünya | 09:00 • 18 Mart 2024
Putin prezident seçkilərində qalib gəlib

Rusiyanın hazırkı prezidenti Vladimir Putin prezident seçkilərində protokolların 98 faizdən çoxu hesablandıqdan sonra seçicilərin 87,34 faizinin dəstəyini qazanaraq qalib gəlir.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası xəbər verib.

Məlumata əsasən, ikinci yerdə 4,3 faiz səslə Kommunist Partiyası fraksiyasından Dövlət Dumasının deputatı Nikolay Xaritonovdur. Dövlət Dumasının vitse-spikeri, Yeni Xalq Partiyasının üzvü Vladislav Davankov 3,8 faiz səslə üçüncü yeri tutur. Rusiya Liberl Demokrat Partiyasının (LDPR) rəhbəri Leonid Slutski seçicilərin 3,17 faiz dəstəyini alaraq dördüncü yerdədir.

Rusiya MSK-nın saytında dərc edilən məlumata görə, protokolların 98 faizdən çoxu hesablandıqdan sonra 72 414 981 seçici Vladimir Putinə, 3 565 510 nəfər Nikolay Xaritonova, 3 152 923 nəfər Vladislav Davankova və Leonid Slutski üçün 2 629 504 nəfər səs verib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar