Xəzər Xəbər

Fransa və Almaniya Ukraynada silah zavodu tikmək niyyətindədir

Dünya | 16:00 • 16 Mart 2024
Fransa və Almaniya Ukraynada silah zavodu tikmək niyyətindədir

Fransa və Almaniya Ukrayna ərazisində silah zavodu tikmək niyyətindədir.

Xezerxeber.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Nəşrin məlumatına görə, Ukrayna qoşunlarının hərbi sursatları çatışmadığından, Almaniya və Fransa Kiyevi dəstəkləmək üçün səylərini səfərbər etmək qərarına gəliblər.

Qeyd olunub ki, nə Almaniya kansleri Olaf Şolts, nə də Fransa prezidenti Emmanuel Makron zavod barədə təfərrüat açıqlamayıb, lakin Almaniyanın "Rheinmetall AG" adlı silah istehsalçısı fevral ayında Ukraynada artilleriya sursatları istehsal edən zavod açacağını bildirib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar