Xəzər Xəbər

Sudanda toqquşmalar nəticəsində ölən dinc sakinlərin sayı 860 nəfəri ötüb

Dünya | 13:30 • 22 May 2023
Sudanda toqquşmalar nəticəsində ölən dinc sakinlərin sayı 860 nəfəri ötüb

Sudan ordusu ilə çevik reaksiya qüvvələri arasında davam edən döyüşlər indiyə qədər azı 863 dinc sakinin həyatına son qoyub, 3 min 500-dən çox insan isə yaralanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Sudan həkimlərinin həmkarlar ittifaqı məlumat yayıb. KİV-in iddialarına görə, ölən və yaralananların dəqiq sayı bundan xeyli çox ola bilər. Belə ki, həmkarlar ittifaqının nümayəndələri xüsusən paytaxtdan kənarda yerləşən xəstəxanaların çoxuna gedə və insan itkiləri ilə bağlı bütün məlumatları toplaya bilmir.

Al-Hadath telekanalının məlumatına görə, bu gün səhər saatlarında Sudan silahlı qüvvələri xüsusi təyinatlıların paytaxtdakı bazalarına bir neçə hava zərbəsi endirib. Xartumda bombardman azı iki saat davam edib. Omdurman və Şimali Xartum şəhərləri yaxınlığında da partlayış səsləri eşidilir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti