Xəzər Xəbər

"Səsvermə prosesi demokratiyamıza yaraşan şəkildə tamamlandı" ƏRDOĞAN

Dünya | 18:20 • 14 May 2023
"Səsvermə prosesi demokratiyamıza yaraşan şəkildə tamamlandı"

Səsvermə prosesi Allaha şükür demokratiyaya yaraşan şəkildə tamamlandı”.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə bildirib.

Ərdoğan deyib ki, indi, həmişə olduğu kimi, seçki qutularından möhkəm yapışmağın vaxtıdır:

“Nəticələr qəti olana qədər millətimizin iradəsini qorumağa davam edirik!.."

Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkilərində səsvermə başa çatıb. Hazırda ölkədəki seçki məntəqələrində səslərin sayılmasına başlanılır. İlkin nəticələrin yaxın saatlarda açıqlanacağı gözlənilir.

Xəbər lenti