Xəzər Xəbər

ABŞ-də iki helikopter toqquşub, 9 hərbçi həlak olub

Dünya | 18:17 • 30 Mart 2023
ABŞ-də iki helikopter toqquşub, 9 hərbçi həlak olub

ABŞ Silahlı Qüvvələrinə məxsus iki helikopterin səmada toqquşması nəticəsində azı doqquz hərbçi həlak olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Qəza martın 29-da yerli vaxtla saat 22:00-radələrində (Bakı vaxtı ilə 30 mart saat 06:00) baş verib.

ABŞ Silahlı Qüvvələrinin 101-ci hava-desant diviziyasına məxsus iki “Black Hawk” helikopteri Kentukki ştatının Triqq dairəsində keçirilən təlim zamanı toqquşub. Hadisə ilə bağlı araşdırma başlayıb.

Xəbər lenti