Xəzər Xəbər

Ukrayna Quru Qoşunlarının komandanı Baxmutdakı son vəziyyəti açıqlayıb

Dünya | 14:28 • 13 Mart 2023
Ukrayna Quru Qoşunlarının komandanı Baxmutdakı son vəziyyəti açıqlayıb

Martın 13-ü səhər saatlarına olan məlumata görə, Baxmutda vəziyyət ağır olaraq qalır. "Vaqner" muzdluları müdafiəni yarıb şəhərin mərkəzinə girməyə çalışırlar.

Xezerxeber.az xəbər verir ki, bu barədə bəyanatla Ukrayna Quru Qoşunlarının komandanı, general-polkovnik Oleksandr Sırskiy çıxış edib.

“Vaqner” hücum dəstələri bir neçə istiqamətdən irəliləyir, qoşunlarımızın müdafiəsini yarıb şəhərin mərkəzi rayonlarına doğru irəliləməyə çalışır”, - deyə o bildirib.

Sırskiy deyib ki, Baxmut artilleriya, tank və digər silahlardan atəşə tutulur. Ukrayna hərbçiləri şəhərin müdafiəsini davam etdirir və eyni zamanda, düşməni xeyli itkiyə uğradırlar.

Xəbər lenti