Xəzər Xəbər

Rusiyada helikopter qəzaya uğrayıb, ölənlər var

Dünya | 12:37 • 16 Dekabr 2022
Rusiyada helikopter qəzaya uğrayıb, ölənlər var

Rusiyanın Buryatiya Respublikasında “Mi-8” helikopteri eniş zamanı qəzaya uğrayıb.

Xezerxeber.az xəbər verir ki, məlumatı TASS yayıb.

Bildirilib ki, “Mi-8” Baykal aeroportunda eniş zamanı yanaraq yerə düşüb.

Helikopterin göyərtəsində 3 nəfər olub. İlkin məlumata görə, ölənlər var.

Xəbər lenti