Xəzər Xəbər

Ukraynanın şəhərləri raket hücumuna məruz qalıb

Dünya | 12:51 • 16 Dekabr 2022
Ukraynanın şəhərləri raket hücumuna məruz qalıb

Rusiya Silahlı Qüvvələrinin bu gün səhərdən başlayaraq Ukrayna ərazisini genişmiqyaslı raket atəşinə tutması nəticəsində bir sıra şəhərlərdə partlayışlar baş verib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Xarkov meri İqor Terexov şəhərin işıqsız qaldığını bildirib. Kiyev meri Vitali Kliçko isə şəhərin Desnyansk və Dnepr rayonlarında partlayışların baş verdiyini bildirib. 

Qeyd olunub ki, Dnepr və Vinnitsa şəhərlərində də partlayışlar qeydə alınıb və dağıntılar var.

Bir sıra şəhərlərdə elektrik enerjisinin, suyun və istiliyin verilməsi tamamilə dayandırılıb.

Xatırladaq ki, bu gün səhər saatlarından etibarən bütün Ukrayna ərazisində hava həyəcanı siqnalı verilib.

Xəbər lenti

Çox oxunanlar