Xəzər Xəbər

Perunun sabiq prezidentinə ilkin olaraq 7 gün həbs təyin edilib

Dünya | 09:16 • 9 Dekabr 2022
Perunun sabiq prezidentinə ilkin olaraq 7 gün həbs təyin edilib

Peru məhkəməsi qiyamın təşkilində ittiham edilən sabiq prezident Pedro Kastilyoya ilkin olaraq yeddi gün həbs təyin edib.

Xezerxeber.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Peru məhkəməsinin tviter səhifəsində bildirilib. Həbs dekabrın 7-dən hesablanır.

Məhkəmə prokurorluğun sabiq dövlət başçısının istintaqdan gizlənməyə cəhd edə biləcəyi barədə vəsatətini təmin edib. Daha əvvəl Meksika Prezidenti Andres Manuel Lopez Obrador Kastilyonun Limadakı səfirlikdən sığınacaq istəməyə hazırlaşdığını təsdiqləyib.

Xatırladaq ki, Peru parlamenti dekabrın 7-də Xose Pedro Kastilyo Terronesi hakimiyyətdən uzaqlaşdırıb. Prezident isə Konqresin (parlament) buraxıldığını və ölkədə komendant saatı tətbiq olunduğunu elan edib. Lakin hərbçilər və polislər Konqresi dəstəkləyib. Qanunvericilər səsverməni ləğv etməyib və dövlət başçısının istefasını təsdiqləyib, Perunun birinci vitse-prezidenti Dina Boluarte dövlət başçısı qismində and içib.

Xəbər lenti