Xəzər Xəbər

Böyük Britaniya və ABŞ bu məsələdə razılığa gəldilər

Dünya | 09:03 • 7 Dekabr 2022
Böyük Britaniya və ABŞ bu məsələdə razılığa gəldilər

Böyük Britaniya və ABŞ “Rusiyadan qlobal enerji asılılığının azaldılmasına” yönəlmiş yeni enerji tərəfdaşlığı barədə razılığa gəliblər.

Xezerxeber.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Britaniyanın Baş naziri Rişi Sunak və ABŞ Prezidenti Co Baydenin birgə bəyanatında bildirilib. Məlumatı Baş nazirin ofisi yayıb.

Qeyd olunur ki, müttəfiqlərin köməyilə Birləşmiş Ştatlar və Böyük Britaniya qlobal enerji təhlükəsizliyini və dayanıqlılığı qorumaq üçün əməkdaşlığı aktivləşdirmək, habelə Avropanın Rusiya enerji daşıyıcılarından asılılığını azaltdığı bir vaxtda enerjiyə çıxış üçün öhdəlik götürürlər. Ən yaxın məqsəd enerji bazarlarını sabitləşdirmək, tələbatı azaltmaq, tezliklə təchizatın təhlükəsizliyini təmin etməkdir. Daha sonra isə - 2050-ci ilə qədər sıfır tullantıya nail olunmasında sabit enerjiyə keçidə kömək etməkdir ki, bu da özlüyündə enerji təhlükəsizliyini möhkəmləndirəcək.

Rişi Sunakın sözlərinə görə, tərəfdaşlıq britaniyalı istehlakçılar üçün qiyməti aşağı salmağa imkan yaradacaq və Avropanın Rusiya enerjisindən asılılığına birdəfəlik son qoyacaq.

Bəyanatda vurğulanır ki, 2023-cü ildə ABŞ Böyük Britaniyaya 9-10 milyard kubmetr sıxılmış təbii qaz göndərmək niyyətindədir. Bu, 2021-ci ildə Londonunun Amerikadan aldığı 3,9 milyard kubmetr qazdan 2-2,5 dəfə çoxdur.

Tərəflər Böyük Britaniyaya təkcə qaz tədarükünün asanlaşdırılması deyil, Birləşmiş Krallığın alternativ yanacaq növləri, ilk növbədə hidrogenlə təchizi, enerji effektli həllər üzərində də işləyəcəklər. Bu, 2030-cu ilədək Britaniyada binaların və sənayenin enerji istehlakını 2021-ci illə müqayisədə 15 faiz azaltmağa kömək etməlidir.

Böyük Britaniya və ABŞ, həmçinin modul nüvə reaktorlarının işlənib-hazırlanmasında “həmfikir ölkələr arasında əməkdaşlığı möhkəmləndirmək” niyyətindədirlər. Bundan əlavə, onlar təmiz enerji mənbələrinin yaradılmasında əməkdaşlıq etməyi, hidrogen və onunla bağlı texnologiyaların qlobal ixracını və idxalını birgə qaydaya salmağı, habelə hər iki ölkədə hidrogen qovşaqlarının yaradılmasını sürətləndirməyi öhdələrinə götürüblər.

Rubrikanın digər xəbərləri

Xəbər lenti