Xəzər Xəbər

Restoranda baş verən yanğın 17 nəfərin həyatına son qoyub

Dünya | 14:30 • 28 Sentyabr 2022
Restoranda baş verən yanğın 17 nəfərin həyatına son qoyub

Çinin şimal-şərqindəki Cilin vilayətində restoranda baş verən yanğında 17 nəfər ölüb.

Vilayət hökumətinin açıqlamasına görə, hadisə Çançun şəhərindəki yüksək texnologiyalar sənaye zonasında günorta saatlarında baş verib. Hadisə yerinə yanğınsöndürənlər, xilasedicilər və tibb briqadaları cəlb olunub. Təxminən 2 saat davam edən axtarış işlərinin yekununda 17 nəfərin meyiti tapılıb. Yaralı vəziyyətdə xilas edilənlər xəstəxanaya yerləşdirilib.

Hələlik hadisənin səbəbləri bilinmir.

Xəbər lenti