Xəzər Xəbər

Sərnişin təyyarəsində BOMBA HƏYƏCANI: Pilota HÜCUM EDİLDİ

Dünya | 14:26 • 28 Sentyabr 2022
Sərnişin təyyarəsində BOMBA HƏYƏCANI: Pilota HÜCUM EDİLDİ

ABŞ-nin San-Fransisko şəhərindən Sinqapurun Çanqi şəhərinə uçan sərnişin təyyarəsində sərnişinlərdən biri əl yükündə bomba olduğunu iddia edib.

37 yaşlı sərnişin əl yükündə bomba olduğunu iddia edərək və kabin heyətinə hücum etməyə cəhd edib. 

Bu zaman döyüş təyyarələri sərnişin təyyarəsini müşayiət etməyə başlayıb.

Sinqapur polisi şübhəlinin zərərsizləşdirildiyini bildirib. 

Sinqapur Müdafiə Nazirliyi bomba təhdidinin əsassız olduğunu və hadisə ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb. 

Nazirlikdən həmçinin bildirilib ki, şübhəli şəxs terrorçuluqda və narkotik vasitələrdən istifadədə şübhəli bilinərək saxlanılıb./Manset.az

Xəbər lenti