Xəzər Xəbər

Dünya yeni epidemiya ilə qarşı-qarşıya: Bu ölkədə xeyli yoluxan var

Dünya | 15:51 • 27 Sentyabr 2022
Dünya yeni epidemiya ilə qarşı-qarşıya: Bu ölkədə xeyli yoluxan var
Yeni epidemiya təhlükəsi dünyanı qorxuya salıb.
 
Suriyada vəba epidemiyası sürətlə yayılmağa başlayıb. Səlahiyyətlilər ölənlərin sayının artdığını açıqlasa da, yoluxma hallarının ən çox olduğu bölgə Türkiyə ilə sərhəddə olub.
 
İllərdir müharibə şəraitində olan Suriyada vəba epidemiyası sürətlə yayılmağa davam edir. Birləşmiş Millətlər Təşkilatı məsələni "ölkə tarixindəki ən pis epidemiya" kimi qiymətləndirib. Rəsmi məlumatlara görə, bir ayda 338 vəba yoluxması aşkar edilib.
 
Xüsusilə Hələbin şimalında hadisələrin sürətlə artdığı bildirilib. Hələb və ətrafında 230 nəfərdə vəba aşkarlandığı açıqlanıb. Bölgədə 25 nəfərin vəba xəstəliyindən öldüyü bildirilib./azxəbər

Xəbər lenti