Xəzər Xəbər

Rusiya MN: Vətəndaşların məcburi qaytarılması ilə bağlı digər ölkələrə müraciət edilməyib

Dünya | 15:58 • 27 Sentyabr 2022
Rusiya MN: Vətəndaşların məcburi qaytarılması ilə bağlı digər ölkələrə müraciət edilməyib

Rusiya Federasiyasının Müdafiə Nazirliyi ölkə vətəndaşlarının məcburi qaytarılması ilə bağlı Qazaxıstan, Gürcüstan və digər ölkələrin dövlət orqanlarına müraciət etməyib.

Bu barədə Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib.

"Rusiya Müdafiə Nazirliyi qismən səfərbərlik çərçivəsində Qazaxıstan Respublikasının, Gürcüstanın və digər ölkələrin dövlət orqanlarına orada olan Rusiya vətəndaşlarının Rusiyaya məcburi qaytarılması ilə bağlı heç bir müraciət göndərməyib və göndərməyi planlaşdırmır”, - deyə Rusiya MN-nin məlumatında qeyd olunub.

Xəbər lenti