Xəzər Xəbər

Fırtına və leysan yağışları İtaliyada fəsadlara səbəb olub

Dünya | 08:05 • 26 Sentyabr 2022
Fırtına və leysan yağışları İtaliyada fəsadlara səbəb olub

İtaliyanın mərkəzində və cənub regionlarında fırtına və leysan yağışları fəsadlara səbəb olub.

Xezerxeber.az xarici mediaya istinadən xəbər verir ki, Kampaniya, Toskana və Puqliya regionları başda olmaqla, bir çox əyalətdə müşahidə olunan əlverişsiz hava şəraiti fəsadlar törədib. Yüzlərlə ağac magistral yollara aşıb, bəzi evləri su basıb, küçələr, yollar suyun altında qalıb.

Neapolda və Kampaniyadakı bir çox bələdiyyədə sentyabrın 26-da orta məktəblər üçün tətil elan edilib. Kaserta əyalətində “qırmızı”, Kampaniya, Puqliya, Molise və Kalabriyada “narıncı həyəcan” siqnalı verilib.

Yanğınsöndürənlər, hüquq-mühafizə orqanları və yerli polis fəsadların aradan qaldırılmasına cəlb olunub.

Xəbər lenti