Xəzər Xəbər

Ukrayna 215 hərbi əsiri dəyişib

Dünya | 09:17 • 22 Sentyabr 2022
Ukrayna 215 hərbi əsiri dəyişib

Ukrayna ilə Rusiya arasında indiyədək ən böyük əsir mübadiləsi həyata keçirilib.

Xezerxeber.az-ın yerli unian.net saytına istinadən xəbərinə görə, bu barədə Ukrayna prezidentinin administrasiyasının rəhbəri Andrey Yermak məlumat verib.

Azad edilənlər arasında Azovstalın müdafiəçiləri, hamilə hərbçi qadınlar, 5 nəfər Ukrayna qəhrəmanı, mülki şəxslər, həmçinin əcnəbilər var.

Bunun müqabilində həbsdə olan “Müxalifət Platforması - Həyat üçün” partiyasından olan deputat Viktor Medvedçuk Rusiya tərəfinə təhvil verilib. Medvedçukla yanaşı əsirlikdə olan 55 rus əsgəri də komandanlıqlarına təhvil verilib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti