Xəzər Xəbər

Türkiyədə helikopter qəzaya uğrayıb

Dünya | 18:53 • 21 Sentyabr 2022
Türkiyədə helikopter qəzaya uğrayıb

Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda meşə yanğınının söndürməsi işlərinə dəstək vermək üçün Kastamonudan hərəkət edən helikopter qəzaya uğrayıb.

Xezerxeber.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Dənizlinin Çardak rayonu yaxınlığında baş verib.

Türkiyənin Daxili İşlər Nazirliyindən hadisə ilə bağlı verilən açıqlamada qəza nəticəsində heyət üzvlərindən ikisinin öldüyü, beşinin isə yaralandığı bildirilir.

Dənizli Valiliyindən qəzanın yerli vaxtla saat 16:10 radələrində meydana gəldiyi bildirilir. Dərhal hadisə yerinə axtarış-xilasetmə qrupları göndərilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər lenti

Çox oxunanlar