Xəzər Xəbər

Ukraynada Rusiyaya məxsus silah anbarı məhv edilib

Dünya | 08:45 • 22 Sentyabr 2022
Ukraynada Rusiyaya məxsus silah anbarı məhv edilib

Ukrayna Silahlı qüvvələri Xersonda Rusiyaya məxsus silah anbarını və “Zoopark” radar kompleksini məhv edib.

Xezerxeber.az-ın yerli unian.net saytına istinadən xəbərinə görə, bu barədə Cənub ordu komandanlığı məlumat verib.

Bundan əlavə, sutka ərzində 5 tank, 12 avtomobil, 1 “Buk” zenit-raket kompleksi məhv edilib, 41 rusiyalı hərbçi zərərsizləşdirilib.

Xəbər lenti