Xəzər Xəbər

Yol qəzası 13 nəfərin həyatına son qooydu

Dünya | 08:31 • 14 Avqust 2022
Yol qəzası 13 nəfərin həyatına son qooydu

Pakistanda baş verən ağır yol qəzasında 13 nəfər ölüb, 5 nəfər yaralanıb.

Xezerxeber.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Pəncab əyalətində yük maşınının sərnişin avtobusunun üzərinə aşması nəticəsində baş verib.

Qeyd edilir ki, avtobus hərəkətdə olarkən xəndəyə düşüb. Bu vaxt arxadan gələn yük maşını avtobusun üstünə aşıb.

Hadisə yerinə təcili yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Xəbər lenti