Xəzər Xəbər

Zelenski üçün 2 variant var: ya tribunal, ya da... - Medvedev

Dünya | 18:38 • 13 Avqust 2022
Zelenski üçün 2 variant var: ya tribunal, ya da... - Medvedev

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev hesab edir ki, Ukrayna Prezidenti Vladimir Zelenski üçün tribunaldan və ya komediya şoularında ikinci plan rollarına qayıtmaqdan başqa variant yoxdur.

XəzərXəbər Publika.az-a istinadla xəbər verir ki, siyasətçinin bu mövzuda verdiyi suallara cavablarını cümə günü jurnalist Nadana Fridrixson öz “Telegram-kanal”ında yerləşdirib.

Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavininin katibliyi cavabların həqiqiliyini TASS-a təsdiqləyib. Xüsusilə, Zelenski üçün hansı aqibəti gördüyünü soruşduqda, Medvedev belə cavab verib:

“Tribunal və ya ikinci dərəcəli rollarda komediya şousuna qayıdış”.

Xəbər lenti