Xəzər Xəbər

İraqda havanın temperaturu 50 dərəcə olacaq

İraqda havanın temperaturu 50 dərəcə olacaq, dövlət müəssisələri bağlanacaq
Dünya | 18:06 • 3 Avqust 2022
İraqda havanın temperaturu 50 dərəcə olacaq

İraqda havanın temperaturunun 50 dərəcə proqnozlaşdırılması ilə əlaqədar hakimiyyət 7 əyalətdə dövlət müəssisələrində işi dayandıracaq.

Məlumatı İraq İnformasiya Agentliyi (INA) yayıb.

Bildirilib ki, İraqın cənubunda yerləşən Basti, Babil, Diyala, Nəcəf, Divaniya və Mutanna əyalətlərində avqustun 4-də əsas dövlət müəssisələri bağlanacaq.

Bu rejim tibb müəssisələrinə, təhlükəsizlik və kommunal xidmətlərə aid edilmir.

Qeyd edək ki, sinoptiklər İraqın cənub əyalətlərində havanın temperaturunun 50 dərəcə olacağını proqnozlaşdırıblar./report

Xəbər lenti

Çox oxunanlar