Xəzər Xəbər

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri yenidən görüşəcəklər

Dünya | 14:11 • 28 İyun 2022
Türkiyə və Ermənistanın xüsusi nümayəndələri yenidən görüşəcəklər

Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr - rəsmi Ankaranın təmsilçisi səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan iyulun 1-də Vyanada növbəti dəfə bir araya gələcəklər.

Xezerxeber.az xəbər verir ki, məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb.

Xatırladaq ki, bu Türkiyə və Ermənistanın xüsusi nümayəndələri arasında keçirilən 4-cü görüşdür.

Əvvəlki görüşlərin nəticəsi olaraq, xüsusi nümayəndələr prosesi heç bir şərt olmadan davam etdirməyə razı olduqlarını vurğulayıblar.

Xəbər lenti