Xəzər Xəbər

Ərdoğan İsveç və Finlandiyanın NATO-ya üzvlüyü üçün şərtləri açıqladı

Dünya | 14:09 • 28 İyun 2022
Ərdoğan İsveç və Finlandiyanın NATO-ya üzvlüyü üçün şərtləri açıqladı

“Efes 2022” təliminin yekun mərasimlərinə getdiyimiz İzmirdə ordumuzun gücünü bir daha gördük. Biz dünyanın ən qədim və ən təsirli ölkələrinin başında gəlirik. İstər terrorizmlə mübarizə, istərsə də regional böhranların aradan qaldırılması istiqamətindəki fəaliyyətimizi uğurla həyata keçiririk. Dost ölkələrə verdiyimiz dəstək və prinsipial mövqeyimizlə hər sahədə fərqliliyimizi göstəririk.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Sammitinin keçiriləcəyi Madridə yola düşməzdən əvvəl Esenboğa hava limanında jurnalistlərə açıqlamasında bildirib.

“Bütün siyasi, iqtisadi və hərbi bacarıqlarımızı 2053-cü ilə dair baxışımızı həyata keçirmək üçün istifadə edəcəyik. Suriya ilə sərhədimizdə yaratmağa başladığımız təhlükəsizlik dəhlizindəki çatışmazlıqları tamamlamaq üçün hazırlıqlarımız bitən kimi yeni əməliyyatlara start verəcəyik”,-deyə Türkiyə Prezidenti bildirib.

NATO Zirvə Torlantısı haqqında danışan Prezident Ərdoğan qeyd edib ki, İsveç və Finlandiya NATO-ya üzv olmaq istəyirlərsə, alyansın 70 ildir üzvü olan Türkiyənin təhlükəsizlik problemlərini nəzərə almalıdırlar.

Bu gün səhər saatlarında ABŞ Prezidenti Co Bayden ilə telefon danışığının olduğunu xatırladan Türkiyə Prezidenti ABŞ Prezidentinin bu gün və ya sabah təkrar görüşmə təklifinə müsbət cavab verdiklərini bildirib.

Bu günlərdə Türkiyənin Adana vilayətində iki quyuda yüksək keyfiyyətli neft yatağı aşkarlandığını deyən ölkə başçısı 425 və 358 metr dərinlikdə əldə edilən bu ehtiyatın dəyərinin təxminən bir milyard ABŞ dolları olaraq hesablandığını, daha səkkiz quyunun qazılması üçün hazırlıqların davam etdiyini açıqlayıb. (AZƏRTAC)

Xəbər lenti