Xəzər Xəbər

Kalından KRİTİK AÇIQLAMA: "Əgər hamı körpüləri dağıtsa..."

Dünya | 12:53 • 27 İyun 2022
Kalından KRİTİK AÇIQLAMA: "Əgər hamı körpüləri dağıtsa..."

"Türkiyə Ukrayna böhranı ilə bağlı Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayacaq".

Bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.

"Biz Rusiyaya münasibətdə balanslaşdırılmış siyasət aparırıq. Sanksiyalar tətbiq etmirik və onlara qoşulmayacağıq. Biz öz maraqlarımıza riayət etməliyik. Əgər hamı körpüləri dağıtsa, o zaman Rusiya ilə kim danışacaq? Bizim Rusiya ilə iqtisadi əlaqələr elə bir xarakter daşıyır ki, sanksiyalar Rusiya iqtisadiyyatından çox Türkiyə iqtisadiyyatına zərər verəcək. Bizim sanksiyalar məsələsində aydın mövqeyimiz var. Qərb bunu qəbul etməyib", - deyə o, "Habertürk" televiziyasına müsahibəsində bildirib./Publika.az

Xəbər lenti