Xəzər Xəbər

Zelenski və Şolts cəbhədəki vəziyyəti müzakirə edib

Dünya | 14:30 • 17 May 2022
Zelenski və Şolts cəbhədəki vəziyyəti müzakirə edib

Ukrayna Prezidenti Vladimir Zelenski ilə Almaniya Kansleri Olaf Şolts arasında telefon danışığı olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Zelenskinin tviter hesabındakı paylaşımda qeyd olunub.

Bildirilib ki, söhbət zamanı cəbhədəki vəziyyət, Rusiya üzərində təzyiqin davam etdirilməsi, sanksiyalar, sülh perspektivi kimi məsələlərə dair müzakirə aparılıb. Vurğulanıb ki, söhbət zamanı Zelenski Almaniyanın Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünə daha çox dəstək verəcəyinə ümidvar olduğu qeyd edib.

Məlumatda söhbətin məhsuldar keçdiyi qeyd olunub.

 

Rubrikanın digər xəbərləri

Xəbər lenti