Xəzər Xəbər

Finlandiya Rusiyanı HƏDƏLƏDİ: Bunu edərlərsə...

Dünya | 17:54 • 16 May 2022
Finlandiya Rusiyanı HƏDƏLƏDİ: Bunu edərlərsə...

Finlandiyalı general Ceyms Stavridis ölkəsinin NATO-ya üzv olmaq istəyi ilə bağlı Rusiyanın təhdidlərinə cavab verib.

O, bu barədə fikirlərini tvitter səhifəsində bildirib.

“Biz sizi 1939-cu ildəki son cəhdinizdən sonra artıq Finlandiyada bir neçə metr dərinlikdə torpağa basdırılmış 200 min rusiyalıya qoşulmağa dəvət edirik”, - deyə general qeyd edib.

Beləliklə, Stavridis “Bloomberg”in “Ukrayna Finlandiyadan nə öyrənə bilər” adlı məqaləsinə cavab verib. Sözügedən yazıda jurnalistlər İkinci Dünya müharibəsindən əvvəl Finlandiyanı işğal etmək cəhdində rusların tarixi məğlubiyyətini xatırladıblar./publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti