Xəzər Xəbər

ABŞ generalı: Vaxt itirməməliyik, Türkiyənin liderliyi ilə...

Dünya | 17:40 • 16 May 2022
ABŞ generalı: Vaxt itirməməliyik, Türkiyənin liderliyi ilə...

“Bundan sonra uzunmüddətli perspektivdə Ukrayna torpaqlarının, o cümlədən Krımın və Donbasın tam şəkildə geri alınmasına diqqət yetirməlidirlər”. 

Bunu ABŞ-ın Avropa Quru Qoşunlarının keçmiş komandanı, general-leytenant Ben Hodges “CNN Türk”ə müsahibəsində deyib.

“Burada çox vacibdir ki, Türkiyə heç vaxt Rusiyanın Krımı ilhaqını tanımayıb. Bu, Türkiyənin regionda göstərdiyi liderliyin mühüm nümunəsidir. Beləliklə, təbii ki, Rusiya Finlandiya və İsveçi hədələyəcək. Amma əminəm ki, onlar hücum etməyəcəklər. Lakin Böyük Britaniya artıq iki ölkə ilə qarşılıqlı müdafiə sazişləri imzalayıb. Düşünürəm ki, problem yaranarsa, ABŞ və başqaları da dəstək verməyə hazırdır. Finlandiya onilliklər ərzində Rusiyanın mümkün işğalına hazırlaşır. Onlar dünyada ən yaxşı səfərbərlik sisteminə malikdirlər. Onların çox güclü daimi ordusu var. Düşünürəm ki, Rusiya təhdid edir, amma bilir ki, bu prosesi dayandıra bilməz”, o bildirib.

ABŞ-ın Türkiyəyə modenləşdirilmiş F-16 qırıcılaırnın verilməsinə gəldikdə amerikalı general deyib ki, Vaşinqton dərhal, vaxt itirmədən  Türkiyəyə F-16 və modernizasiya dəstlərini verməlidir: “Vaşinqton istəsə  bunu bir gün ərzində həll edə bilər. Bayden Administrasiyası hərəkət etməli, Senat və Xarici Əlaqələr Komitəsi ilə işləməlidir”./Ölkə.Az

Rubrikanın digər xəbərləri

Xəbər lenti