Xəzər Xəbər

PENTAQON: Ukraynadakı hərbi əməliyyatlara qatılmayacağıq

Dünya | 09:30 • 29 Yanvar 2022
PENTAQON: Ukraynadakı hərbi əməliyyatlara qatılmayacağıq

“Amerikalı hərbçilər Ukraynadakı hər hansısa hərbi əməliyyatlarda iştirak etməyəcək”.

Bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin söyləyib.

“Prezident Cozef Bayden hərbi bölmələri Ukraynada əməliyyatlar aparmaq məqsədilə göndərmək niyyətində olmadığını aydın şəkildə bildirib”, - nazir vurğulayıb.

Bundan başqa, ABŞ Silahlı Qüvvələrinin Rəislər Qərargahı Komitəsinin sədri general Mark Millinin sözlərinə görə, hazırda Ukraynada ABŞ və NATO-nun bir neçə müşaviri və təlimçisi var.

Xəbər lenti

Çox oxunanlar