Xəzər Xəbər

Türkiyədə COVID-19-a gündəlik yoluxma sayı rekord həddə çatıb

Dünya | 22:32 • 28 Yanvar 2022
Türkiyədə COVID-19-a gündəlik yoluxma sayı rekord həddə çatıb

Türkiyədə pandemiyanın başlanmasından indiyədək COVID-19-a sutkalıq yoluxma sayı rekord həddə çatıb.

Qardaş ölkədə son sutka ərzində 93 min 586 nəfər koronavirusa yoluxub. Gün ərzində 438 min 252 test aparılıb. Sutka ərzində Türkiyədə bu xəstəlikdən ölənlərin sayı isə 210 nəfər olub.

Bununla bağlı açıqlama verən Türkiyənin səhiyyə naziri Fahrettin Koca virusun əvvəlki kimi güclü olmadığını deyib. Nazir bildirib ki, qabaqlayıcı tədbirlərə əməl etməklə, yaşlıları və xroniki xəstəlikləri olanları qoruyaraq gündəlik həyata davam etmək olar. Burada əsas məsələ peyvəndlənmənin tam gücü ilə davam etdirilməsidir.

Xəbər lenti