Xəzər Xəbər

Güclü qar səbəbindən hava limanı BAĞLANDI

Dünya | 13:12 • 22 Yanvar 2022
Güclü qar səbəbindən hava limanı BAĞLANDI
Rusiyanın Krasnodar şəhərində güclü qar yağması ilə əlaqədar hava limanı bağlanıb. 
 
Bu barədə hava limanının mətbuat xidməti bildirib. 
 
Qeyd olunur ki, aeroport Bakı vaxtı ilə saat 12-dək bağlı qalacaq. Hazırda orada uçuş-eniş zolaqlarının qardan təmizlənməsi davam etdirilir.

Gecə saatlarında Krasnodar hava limanında 20-yə yaxın reys təxirə salınıb. /Sfera.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti