Xəzər Xəbər

QƏRAR VERİLDİ: Peyvənd olunmayan yaşlı insanlar cərimələnəcək

Dünya | 11:13 • 15 Yanvar 2022
QƏRAR VERİLDİ: Peyvənd olunmayan yaşlı insanlar cərimələnəcək

Yanvarın 16-dan etibarən Yunanıstanda yeni növ koronavirusa qarşı peyvənd olunmayan yaşı 60-ı keçən şəxslər cərimə olunacaq.

Bu barədə hökumət sözçüsü Yannis Ekonomu mətbuat konfransında məlumat verib. O bildirib ki, sözügedən kateqoriyaya aid vətəndaşlara 16 yanvaradək azı 1 doza vaksin qəbul etməyə möhlət verilib. Bu tarixdən sonra peyvənd olunmayan yaşlılar hər ay 100 avro cərimə ediləcək.

Hökumət sözçüsü əlavə edib ki, reanimasiyaya yerləşdirilən hər 10 sakindən 7-nin yaşı 60-dan çoxdur. Süni tənəffüs cihazına qoşulan hər 10 pasientdən 9-u vaksin olunmayanlardır. Covid-19-dan dünyasını dəyişən hər 10 nəfərdən 9-nun yaşı 60-ı keçib./Publika.az 

Rubrikanın digər xəbərləri

Xəbər lenti