Xəzər Xəbər

İran neft ixracını 40 faiz artırıb

Dünya | 17:13 • 14 Yanvar 2022
İran neft ixracını 40 faiz artırıb

İran neft ixracını 40 faiz artırıb və neft satışından əldə olunan valyuta ölkə banklarına daxil olur.

Bu sözləri İranın Prezidenti İbrahim Rəisi Hörmüzgan vilayətində səfərdə olarkən deyib. O bildirib ki, rəhbərlik etdiyi hökumətin ən başlıca uğurlarından biri neft ixracını artırmaq olub və bu da neft satışından əldə olunan gəlirlərin əhalinin sosial problemlərinin aradan qaldırılması istiqamətinə yönəldilib.

Qeyd edək ki, hazırda İranın 4+1 ölkələri vasitəsilə ABŞ-la Vyanada apardığı nüvə danışıqlarının əsas müddəalarından biri də neft ixracına maneələrin aradan qaldırılması, satışdan əldə edilən gəlilərin ölkəyə qayıtması və maliyyə köçürmələrinə qarşı sanksiyaların ləğv edilməsidir. (AZƏRTAC)

Xəbər lenti