Xəzər Xəbər

Almaniyada küçə taksofonları tarixə qovuşur

Dünya | 16:45 • 14 Yanvar 2022
Almaniyada küçə taksofonları tarixə qovuşur

Müasir texnologiyalar o qədər inkişaf edib ki, gənclik yaşlarımızdan adət etdiyimiz əşyaların çoxu keçmişdə qalmağa başlayıb. Onlardan biri də küçə taksofonlarıdır.

Almaniya şəhərlərində telefon budkaları azalmaqda davam edir. Bəli, son illərdə əhalinin taksofonlara ehtiyacı kəskin şəkildə azalıb. Bu, mobil telefonlardan istifadənin artması ilə bağlıdır. Lakin taksofonlar Almaniya küçələrindən tamamilə yox olmayacaq. Aeroportlarda, dəmiryol vağzallarında və alış-verişin gur olduğu küçələrdə onlar qalacaq. Hətta avtomat telefonların əksəriyyəti söküləndən sonra da “Deutsche Telekom” şirkəti qalan məhdud sayda telefonlara xidmətini davam etdirəcək.

Avtomat telefonun sökülməsi barədə qərar onun aylıq mənfəətinin qiymətləndirilməsi əsasında çıxarılır: əgər avtomatın ay ərzində gətirdiyi gəlir 50 avrodan az olarsa, həmin avtomatın sonrakı taleyi barədə qərar qəbul edilir. (AZƏRTAC)

Xəbər lenti