Xəzər Xəbər

Almaniya Müdafiə Nazirliyi Xarici İşlər Nazirliyinin bəyanatı ilə razı deyil

Dünya | 16:48 • 13 Yanvar 2022
Almaniya Müdafiə Nazirliyi Xarici İşlər Nazirliyinin bəyanatı ilə razı deyil

“Şimal axını-2” boru kəməri layihəsi sırf iqtisadi layihədir və hər hansı siyasi məqsədlərə xidmət etmir.

AFR müdafiə naziri Kristine Lambrext RBB telekanalına bugünkü müsahibəsində belə bir bəyanatla çıxış edib.

K. Lambrext deyib: “Qaz kəmərini regionda baş verən hər hansı siyasi gərginləşmələrlə əlaqələndirmək lazım deyil. Bu layihədən hər hansı münaqişələrin həll yolunu axtarmaq üçün istifadə etmək olmaz”.

Bundan əvvəl Almaniya Xarici İşlər Nazirliyi bildirmişdi ki, federal hökumətin fikrincə, bu qaz kəməri Avropa İttifaqının tələblərinə uyğun gəlmir və bu səbəbdən onun sertifikatlaşdırılmasını dayandırmaq qərara alınıb.

AFR Müdafiə Nazirliyi rəhbərinin budəfəki bəyanatını çoxları ölkənin xarici işlər naziri Annalena Berbokun bu boru kəmərinin “geosiyasi layihə” olması barədə bəyanatından imtina cəhdi kimi qiymətləndirirlər. (AZƏRTAC)

Xəbər lenti