Xəzər Xəbər

BMT-də 12 ölkənin səsvermə hüququ əlindən alınıb

Dünya | 16:38 • 13 Yanvar 2022
BMT-də 12 ölkənin səsvermə hüququ əlindən alınıb

BMT-nin Baş Assambleyası İranı üzvlük haqqını ödəmədiyinə görə səsvermə hüququndan məhrum edib.

Xezerxeber.az xəbər verir ki, məsələyə münasibət bildirən İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Səid Xətibzadə üzvlük haqqının ödənilməsində problemin olduğunu etiraf edib və bunu sanksiyalarla əlaqələndirib. O bildirib ki, İran BMT-nin fəal üzvlərindəndir və üzvük haqqını hər zaman vaxtında ödəyib. Lakin 2 ildir ki, İrana qarşı tətbiq edilən iqtisadi sanksiyalar səbəbindən üzvlük haqqının ödənilməsində problemlər yaranıb.

S.Xətibzadə diqqətə çatdırıb ki, hazırda danışıqlar aparılır və İranın BMT qarşısında borcunun ödənilməsi üçün yollar axtarılır.

Qeyd edək ki, İranın maliyyə köçürmələri üçün istifadə olunan beynəlxalq “swift” sistemindən ABŞ tərəfindən kənarlaşdırılması ödəmələrə imkan vermir.

BMT-nin Baş Assambleyası təkcə İranı deyil, eyni zamanda, Venesuela, Sudan, Konqo, Qvineya və digər 11 dövləti üzvlük haqlarını ödəmədiklərinə görə səsvermə hüququndan məhrum edib.

Xəbər lenti