Xəzər Xəbər

COVID-19-a qarşı yüksək dəqiqliyə malik test ixtira olundu

Dünya | 10:53 • 9 Dekabr 2021
COVID-19-a qarşı yüksək dəqiqliyə malik test ixtira olundu

İnsanın ağız suyunun antigenlərin analizinə əsasən koronavirusun, o cümlədən "omikron” ştamının mövcud olub-olmamasını 97 faiz dəqiqliklə təyin edən yeni sürətli test yaradılıb.

Sinqapur Milli Universiteti, Milli Onkologiya Mərkəzi və Ümumi Xəstəxana ekspertlərinin birgə çalışması olan yeni test qarşıdakı 3 ay ərzində bazara çıxarılacaq.

 

Müəlliflərə görə, cavabı 15 dəqiqə ərzində verilən testin dəqiqliyi PCR səviyyəsində, yəni 97 faizə yaxındır. Üstəlik bu testdən istənilən vaxt, o cümlədən yeməkdən sonra istifadə edilə bilməsi də onun üstün cəhətidir.
 
Mövcud testlərin əksəriyyətinə nisbətən daha ağrısız olan yenisi həm kütləvi, həm də ev şəraitində tətbiq edilə bilər./Sfera.az

Xəbər lenti