Xəzər Xəbər

Gürcüstan-Rusiya avtomagistralı bağlandı

Dünya | 11:34 • 9 Dekabr 2021
Gürcüstan-Rusiya avtomagistralı bağlandı

Yolların buz bağlaması və qar uçqunu təhlükəsi səbəbindən Gürcüstandan Rusiyaya gedən və hərbi yol kimi tanınan Kazbek-Yuxarı Lars avtomobil magistralı bağlanıb.

Gürcüstan mediası xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin avtomobil yolları departamenti məlumat yayıb.

Məlumatda deyilir ki, Mtsxeta-Stepantsminda-Lars magistralının Kobi-Qudauri hissəsi qoşqulu və yarımqoşqulu avtomobillər üçün bağlanıb. Minik avtomobilləri isə yol polisinin nəzarəti altında hərəkət edə bilir.

Dağ yamaclarında qar uçqunu ehtimalı olduğu üçün axşamlar həmin avtomobillərin də hərəkətinə məhdudiyyətlər qoyulacağı gözlənilir./publika.az

Xəbər lenti