Xəzər Xəbər

Çində İES-də yanğın baş verib, 8 nəfər ölüb

Dünya | 08:44 • 6 Dekabr 2021
Çində İES-də yanğın baş verib, 8 nəfər ölüb

Çinin Şensi vilayətində istilik elektrik stansiyasının (İES) yataqxanasında baş verən yanğında 8 nəfər ölüb.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, hadisə Şouyan qəsəbəsində gecə saat 2 radələrində baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər təxminən 3 saatlıq mübarizədən sonra yanğını nəzarət altına ala biliblər. Binadan 8 nəfərin meyiti tapılıb, 5 nəfər isə xəsarət alıb.

Hələlik yanğının hansı səbəbdən baş verdiyi bilinmir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti