Xəzər Xəbər

Bill Qeytsə xəbərdarlıq: qadın işçisinə göndərdiyi bu mesaja görə...

Dünya | 10:35 • 20 Oktyabr 2021
Bill Qeytsə xəbərdarlıq: qadın işçisinə göndərdiyi bu mesaja görə...

Qadın işçilərdən birinə göndərdiyi uyğunsuz elektron poçta görə “Microsoft” şirkətinin yaradıcısı, milyarder Bill Qeytsə xəbrdarlıq edilib.

Bunu ABŞ mediasına açıqlamasında “Microsoft”un sözçüsü Frank Şau deyib. O bildirib ki, Bil Qeyts 2008-ci ildə qadın işçilərdən birinə işdən sonra görüşməyi təklif edib. Sözçü elektorn pöoçtların cinsi məzmunda olmadığını desə də, uyğunsuz olduğunu söyləyib.

Elektron poçtlardan xəbər tutan idarə heyəti üzvlərinin Qeytsə xəbərdarlıq etdiyi bildirilib.

Məlumatda həmçinin B.Qeytsin o dövrdə evli olduğu vurğulanıb.

Milyarder isə iddiaları yalanlayaraq deyilənlərin kimlərinsə mənfəətinə xidmət edən yanlış məlumatlar olduğunu söyləyib.

Qeyd edək ki, avqustda 27 illik həyat yoldaşı ilə qarşılıqlı razılaşma əsasında ayrılan Bill Qeyts əvvəllər “Microsoft”da işləyən qadın əməkdaşlardan biri ilə münasibəti olduğnu etiraf etmişdi./Ölkə.Az 

Rubrikanın digər xəbərləri

Xəbər lenti