Xəzər Xəbər

“Ağlama evi” açıldı: 3 gün pulsuz işləyəcək

Dünya | 13:53 • 18 Oktyabr 2021
“Ağlama evi” açıldı: 3 gün pulsuz işləyəcək

İspaniyanın paytaxtı Madriddə özəl bir klinika tərəfindən psixi sağlamlığın əhəmiyyətini vurğulamaq və psixoloqa getmək fenomenini normallaşdırmaq məqsədilə "Ağlama evi”(La Lloreria) açılıb.

Məkan 3 gün boyunca pulsuz ziyarət edilə biləcək.

Solğun rəngli işıqlarla bəzədilmiş Ağlama evinin divarlarında "İçəri gir və ağla", "Mənim də narahatlığım var", "Pis olmaq da yaxşıdır", "Ağlayan cəsurdur " kimi motivasiyaedici ifadələrə yer verilib, həmçinin psixoloqların telefon nömrələri qeyd olunub.

Klinika tərəfindən verilən açıqlamada, 3 gün pulsuz fəaliyyət göstərən "Ağlama evi”ndə hər kəs üçün pulsuz 60 dəqiqəlik onlayn psixoloji dəstəyin də mövcud olduğu qeyd olunub.

Qeyd edək ki, 2019-cu ildə İspaniyada 3 671 nəfər intihar edib. Rəsmi məlumatlara əsasən, ölkədə hər 10 gəncdən birinin ruhi sağlamlıq problemi var./Sfera.az

Xəbər lenti