Xəzər Xəbər

Uğur Şahindən XƏBƏRDARLIQ: Üçüncü doza peyvənd tətbiq edilməsə...

Dünya | 13:45 • 18 Oktyabr 2021
Uğur Şahindən XƏBƏRDARLIQ: Üçüncü doza peyvənd tətbiq edilməsə...

"İkinci doza vaksin şiddətli xəstəliklərə qarşı müdafiə təmin edir, ancaq peyvəndin üçüncü dozası xəstəliyin yayılmasını tamamilə dayandıracaq”.
 
Bunu koronavirus peyvəndi hazırlayan, BioNTech-in qurucularından olan prof. dr. Uğur Şahin deyib.
 
Ötən həftə Yunanıstanda olan və "Empress Theophano" mükafatını alan BioNTech şirkətinin qurucuları Özlem Türeci və Uğur Şahin mükafatlandırma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb. Onlar koronavirusun tamamilə bitəcəyini açıqlayıblar. 

Dr.Şahin hazırda dominant mutasiyanın Delta variantı olduğunu deyib:

"Delta variantına qarşı tam qorunma əldə edilə biləcək səviyyədədir. Bunun nə qədər davam edəcəyini isə görəcəyik. Antikorun zamanla azaldığı və üçüncü dozanın bu sayı çoxaltdığını vurğulamaq önəmlidir. İki doza vaksin xəstəliyin ağırlaşmasının qarşısını alır, lakin üçüncü doza yoluxmanı dayandıracaq. Üçüncü doza vaksin tətbiq edilməsə, koronavirusun yayılması davam edəcək. Hazırda 2 doz mRNA peyvəndi alan vətəndaşlarımızın 3-cü doza peyvənd almasına ehtiyac yoxdur. Bir daha inaktiv peyvənd alan vətəndaşlarımıza vaxt itirmədən mRNA və ya inaktiv peyvəndlə üçüncü peyvənd dozasını almalarını şiddətlə tövsiyə edirəm”,  - deyə professor bildirib.

Qeyd edək ki, Türkiyənin Səhiyyə Naziri Fahrettin Koca 2 doz mRNA peyvəndi almış vətəndaşların hələlik 3-cü doza peyvəndə ehtiyacı olmadığını bildirmişdi./Sfera.az

Xəbər lenti