Xəzər Xəbər

Ermənistanda koronaviruslu xəstələrinin yerləşdirilməsi üçün çarpayı çatışmır RƏSMİ

Dünya | 14:30 • 13 Oktyabr 2021
Ermənistanda koronaviruslu xəstələrinin yerləşdirilməsi üçün çarpayı çatışmır

“Ermənistanda koronavirusla bağlı vəziyyət çox gərgindir. Xəstəxanalarda koronavirus xəstələrinin yerləşdirilməsi üçün çarpayı çatışmır”.

Bu barədə mətbuata Ermənistan Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilir ki, Ermənistanda koronavirusa yoluxma artıb. Ən təhlükəlisi isə odur ki, indi yoluxanlar və bu virusdan ölənlər arasında cavanların və uşaqların sayı artıb.

Qeyd olunur ki, əvvəllər koronavirusa yoluxanlar arasında 30-50 yaş qrupu arasında olanlar daha çox idi. Amma indi uşaqlar arasında da yoluxma artıb. Yoluxan uşaqlar isə xəstəxanaya yerləşdirilməlidir. Xəstəxanalar yüklənib, çarpayı çatışmır. Çox ağır xəstələr var, vəziyyət acınacaqlıdır.

Qeyd edək ki, son sutka ərzində Ermənistanda 1 271 nəfər koronavirusa yoluxub, 28 nəfər isə bu virusdan ölüb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti